Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Deputat Elxan Süleymanov Parisdə səfərdədir
16.12.11 01:05

Milli Məclisin deputatı Elxan Süleymanov Avropa Şurası Parlament Assambleyasının Hüquqi işlər və insan haqları komitəsinin iclasında iştirak etmək üçün Parisdə səfərdədir.Parlamentdən “KƏLAMİNFO”ya verilən məlumata görə, tədbirdə Avropa İnsan haqları məhkəməsinə hakimlərin seçilməsi prosedurunun təkmilləşdirilməsi, məhkəmələrdə ailə-məişət məsələlərinin həlli zamanı insan haqlarının təmin edilməsi ilə bağlı müzakirələr keçiriləcək. Parisdəki tədbirdən sonra Elxan Süleymanov Berlinə yola düşəcək. Deputatımız burada Almaniya Bundestaqının üzvləri ilə görüşəcək, parlamentlərarası əlaqələrin inkişafı, qanunvericilik sahəsində təcrübə mübadiləsi barədə söhbətlər aparacaq. Səfər dekabrın 20-də başa çatacaq.
URL / WWW
http://kelam.az/article/a-5469.html