Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » ABŞ İranın iki yüksək rütbəli hərbçisinə qarşı sanksiyalar tətbiq edib
15.12.11 02:03

ABŞ hakimiyyəti İranın iki yüksək rütbəli hərbçisinə qarşı sanksiyalar tətbiq edib. Onlar insan haqlarını kobud şəkildə pozmaqda günahlandırılıblar. “KƏLAMİNFO” “İTAR TASS”a istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında bildirilir. Cərimə tədbirləri İİR Silahlı Qüvvələrinin baş qərargah rəisi Həsən Firuzabadi, eləcə də İslam Korpusu Keşikçiləri Şurası komandanının müavini Abdulla Araqiyə qarşı tətbiq edilir. Onların çox ciddi şəkildə insan haqlarını pozduqları vurğulanıb. Hər iki hərbçi 2009-cu il prezident seçkilərindən sonra baş verən hadisələrin yatırılmasında həddən artıq sərtlik nümayiş etdirməkdə günahlandırılıblar. Hər iki hərbçinin ABŞ-da aktivləri varsa, onların dondurulması, eləcə də ABŞ vətəndaşlarına onlarla işgüzar münasibətlərə girməsi qadağan edilir. Dövlət Departamenti isə onların ABŞ-a gəlməsini qadağan edib.
URL / WWW
http://kelam.az/article/a-5465.html