Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Turizm şirkətlərinə “Bird Watching” üzrə marşrutun texniki pasportu təqdim ediləcək
15.12.11 02:03

Şirvan Milli Parkı və Mahmudçala gölü ərazilərində quşları müşahidə etmə (Bird Watching) marşrutu keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, marşrutu nazirliyin nümayəndəsi, “Azərbaycan Ornitoloji Cəmiyyəti”nin əməkdaşları, turizm şirkətləri və kütləvi informasiya vasitələri nümayəndələri həyata keçirib. Ekskursiyaya rəhbərliyi “Azərbaycan Ornitoloji Cəmiyyəti”nin sədri E.Sultanov edib. Bildirilir ki, infoturun keçirilməsində əsas məqsəd yerli turizm şirkətlərinin ölkəmizdə bu turizm növünün potensialı haqqında geniş məlumatlandırmaq olub. İnfotur layihəsi çərçivəsində iki müxtəlif (Bird Watching) quşları müşahidə üzrə marşrutun texniki pasportu hazırlanaraq turizm şirkətlərinə təqdim ediləcək ki, bu da turizm şirkətlərinə yeni növ turizm məhsulunu beynəlxalq və yerli bazara çıxarmaq imkanı yaradacaq. Qeyd edək ki, infotur 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə bağlı Tədbirlər Planının 29-cu bəndinə uyğun olaraq keçirilib.
URL / WWW
http://kelam.az/article/a-5462.html