Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Ramiz Rzayev: Ədalətlilik və qərəzsizlik hər bir hakim fəaliyyətinin ayrılmaz atributu olmalıdır
14.12.11 20:03

“Hakimlər ədalət mühakiməsinin həyata keçirilməsində üzərlərinə düşən vəzifənin yüksək məsuliyyətini dərk etməli, cəmiyyət tərəfindən onlara göstərilən etimadın dərəcəsini anlayaraq öz vəzifələrinə hörmət, şərəflə yanaşmalı və məhkəmə sisteminə olan etibarlılığın artırılması üçün lazımi səylər göstərməlidirlər”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib. Məhkəmə-Hüquq Şurası, Ali Məhkəmə, Azərbaycan Hüquq İslahatları Mərkəzi (AHİM) və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) birgə təşkilatçılığı ilə "Səriştəlilik, müstəqillik, qərəzsizlik, şəffaflıq, səmərəlilik – müasir dövrün tələbləri prizmasından Azərbaycanda məhkəmə-hüquq islahatları” mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edən R.Rzayev bildirib ki, ədalət mühakiməsinin həyata keçirilməsi, insan haqlarının təmin olumamasında hakimlərin böyük rol oynadığını nəzərə alınaraq, Azərbaycanda məhkəmə-hüquq islahatları davam etdirilir. R.Rzayev deyib ki, ədalətlilik və qərəzsizlik hər bir hakim fəaliyyətinin ayrılmaz atributu olmalıdır. Bundan əlavə, vicdanlılıq, ələalınmamazlıq hakimin öz vəzifələrinin lazımi qaydada yerinə yetirməsinin zəruri şərtləridir: “Hakim həm şəxsi, həm də ictimai həyatda davranışında yüksək normalar nümayiş etdirməlidir. Etik normalara riayət olunması və bunun nümayiş etdirilməsi hakim fəaliyyətinin ayrılmaz hissəsidir. Həmçinin məhkəmə iclaslarında bütün tərəflərin bərabər münasibətini təmin etmək hakimin öz vəzifələrini lazımi qaydada icra etməsi üçün birinci dərəcəli əhəmiyyət kəsb edir”. R.Rzayev deyib ki, sadalananlar ədalətli və ədalət mühakiməsinin əsas göstəricisidir. Ali Məhkəmənin sədri həmçinin bildirib ki, səriştəlilik və çalışqanlıq hakim vəzifələrinin icrasının zəruri şərtləri sayır: “Sübutların qiymətləndirilməsində sağlam düşüncə, ağılla mühakimə yürütmək qabiliyyəti, qərarların qəbulu zamanı qərəzsizlik hakim çalışqanlığının xarakterik xüsusiyyətlərini təşkil edir”.
URL / WWW
http://kelam.az/article/a-5461.html