Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Türkiyə perspektivdəki siyasətində diplomatik gücdən istifadə edəcək
06.01.10 03:53

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu xaricdə və ölkədəki 200-dən artıq diplomatı bir araya toplayıb. KƏLAMİNFO xəbər verir ki, beş günlük toplantıda Türkiyə hökumətinin xarici siyasəti müəyyənləşdiriləcək. Konfransda çıxış edən Ə.Davudoğlu Türkiyənin hərbi deyil, diplomatik gücdən istifadə etməsinin zəruri olduğunu diqqətə çatdırıb. “Ətrafımızdakı hər təhlükəsizlik riskini yalnız güclü ordumuzla deyil, diplomatik qabiliyyətimiz, yumşaq və sərt gücümüzlə istifadə etməliyik”, - deyən Ə.Davudoğlu perspektivdəki xarici siyasətlərini açıqlayıb. Qeyd edək ki, beş gün davam edəcək konfransın ardından Ə.Davutoğlu səfirlərlə birlikdə Mardin, Rizə, Muğla və Ədirnə şəhərlərinə gedəcək.
URL / WWW
http://kelam.az/article/a-546.html