Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Ramil Səfərovun Azərbaycana ekstradisiyasına baxıla bilər
14.12.11 20:03

“Ramil Səfərovun Azərbaycana ekstradisiyası dövlətlərarası məsələdir. Təbii ki, bu məsələ ilə bağlı hər iki dövlət məşğul olur”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə açıqlamanı Ali Məhkəmənin sədri Ramiz Rzayev Ramil Səfərovun Azərbaycana ekstradisiyasının mümkünlüyü məsələsinə münasibət bildirərkən söyləyib. R.Rzayev bildirib ki, Azərbaycanla Macarıstan arasında müvafiq müqavilənin olmaması məsələnin reallaşmasına müəyyən mənada problem yaradır: “Hər iki dövlət arasında razılıq əldə edilərsə, ekstradisiya məsələsinə baxıla bilər”,-deyən R.Rzayev Ermənistan tərəfinin bu məsələnin reallaşmasını hüquqi müstəvidən çıxararaq siyasi don geyindirməsi məsələsinə də münasibətini açıqlayıb. Ali Məhkəmənin sədri deyib ki, burada siyasi məsələlərin rolu olmamalıdır: “Bu, sırf hüquqi müstəvidə həll edilməlidir. Beynəlxalq normalar var və buna əsaslanan iki dövlət razılıq əldə edərsə, məsələ müsbət həll olunar. Nə dərəcədə həll edilməsi hər iki dövlətdən asılı olacaq. Biz təşəbbüskarıq və çalışırıq ki, bu məsələ həll edilsin”,-deyən R.Rzayev qeyd edib ki, Xarici İşlər və Ədliyyə nazirlikləri bu işlə məşğul olurlar. Xatırladaq ki, R.Səfərov Macarıstanda erməni zabit Qurqen Marqaryanı öldürməkdə təqsirli bilinərək, Budapeşt Şəhər Məhkəməsinin 2006-cı il 13 aprel tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.
URL / WWW
http://kelam.az/article/a-5459.html