Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Barak Obama: “İraqdakı müharibəmiz bu ay başa çatır”
14.12.11 02:19

ABŞ prezidenti Barak Obama və İraqın baş naziri Nuri əl-Maliki Amerika qoşunlarının İraqı doqquz illik müdaxilədən sonra tərk etməsini İraq üçün «yeni başlanğıc» adlandırıblar. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, liderlər arasında danışıqlarda dekabrın 31-də ABŞ qoşunlarının İraqdan tamamilə çıxmasından sonra iki ölkə arasındakı əməkdaşlığın gələcəyi müzakirə edilib. «Doqquz ildən sonra bizim İraqdakı müharibəmiz bu ay başa çatır” - deyə Obama vurğulayıb. O, ABŞ əsgərlərinin İraqda «şərəflə, üzüağ» xidmət etdiyini söyləyib. Obama bildirib ki, ABŞ xalqının timsalında iraqlıların etibarlı dostu var və Birləşmiş Ştatlar İraqda güclü iqtisadi və demokratik bünövrənin qurulması üçün İraq xalqına yardımçı olacaq. Maliki isə ABŞ qoşunlarının İraqı tərk etməsini «müvəffəqiyyət göstəricisi» kimi dəyərləndirib.
URL / WWW
http://kelam.az/article/a-5456.html