Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » “Azərbaycanda peşə təhsilinin təkmilləşdirilməsi” layihəsi başa çatıb
13.12.11 18:19

Azərbaycan hökuməti və Heydər Əliyev Fondu ilə YUNESKO-nun birgə reallaşdırdığı “Azərbaycanda peşə təhsilinin təkmilləşdirilməsi” layihəsi başa çatıb. Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədovun “KƏLAMİNFO”ya verdiyi məlumata görə, layihə 2007-ci ildən başlayıb: “Layihənin əsas məqsədi mehmanxana xidməti və informasiya və kommunikasiya texnologiyası ixtisasları üzrə müasir tələblərə cavab verən yeni kurrikulumların və dərs vəsaitlərinin hazırlanması, texniki peşə təhsili üzrə kadrların ixtisasartırma və təlim resurs mərkəzinin yaradılmasıdır. Layihə çərçivəsində “Otel nəzarətçisi” və “Kompüter üzrə operator” ixtisasları üzrə kurrikulumlar hazırlanıb”. Qeyd edək ki, layihənin ümumi dəyəri 489.290 ABŞ dolları təşkil edir. Layihənin həyata keçirilməsinə Yaponiya hökuməti 203.400 ABŞ dolları məbləğində qrant ayırıb. “Azərbaycanda peşə təhsilinin təkmilləşdirilməsi” layihəsi çərçivəsində 2 peşə təhsili müəssisəsində İKT və xidmət sahələri üzrə müasir tədris sinifləri yaradılıb. Bundan əlavə, 2 ixtisas üzrə yeni məzmunlu müasir təlim vəsaitləri hazırlanıb və mütəxəssislər təlimləndirilib. Xarici dil və İKT sahəsi üzrə çalışan 20-dən artıq mühəndis-pedaqoji heyət müasir təlim vəsaitlərindən istifadə edilməsi istiqamətində təlimdən keçirilib. Eyni zamanda digər peşələr üzrə yeni məzmunlu təlim vəsaitlərinin hazırlanması üzrə mütəxəssis qrupu formalaşıb.
URL / WWW
http://kelam.az/article/a-5455.html