Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Elmir Vəlizadə: “Ali təhsildə İKT sahəsini seçən gənclərin sayı artır”
13.12.11 19:19

Son illərin statistikası göstərir ki, ali məktəblərdə ixtisas seçimi zamanı informasiya texnologiyaları sahəsinə aid ixtisasları seçən gənclərin sayı artır. “KƏLAMİNFO” xəbər verir ki, bunu Bakıda keçirilən “Biznes inkubatorların fəaliyyəti və gənclərin mobil sahibkarlığına dəstək: Dünya ölkələri tərəfindən qazanılan təcrübə və Azərbaycanda bu sahənin inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə deyib. Onun sözlərinə görə, bu ixtisasları seçən gənclərin bilik səviyyəsinin yüksəlməsi, topladıqları keçid ballarının artması da müşahidə edilir: “Üstəlik, xaricdə təhsil dövlət proqramı çərçivəsində də İKT sahəsinə aid ixtisaslar üzrə təhsil almaq istəyən gənclərin sayında artım hiss olunur. Gənclərimiz artıq dünyanın ən qabaqcıl universitetlərində İKT təhsili alırlar”.
URL / WWW
http://kelam.az/article/a-5454.html