Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Doktoranturaya qəbul planının artırılması ilə bağlı hökumətə müraciət hazırlanır
14.12.11 02:19

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti doktoranturaya qəbul planının artırılması ilə bağlı Nazirlər Kabinetinə məktub hazırlayır. Bu barədə məlumatı “KƏLAMİNFO”ya müsahibəsində AMEA Rəyasət Heyətinin elmi katibi Sərxan Abbasoğlu deyib. S.Abbasoğlu bildirib ki, bu məsələlər dekabrın sonuna kimi həll edilməlidir. Yanvarın əvvəllərindən doktoranturaya qəbul olanlar dəqiqləşməli və onlar fəaliyyətə başlamalıdırlar. Onun sözlərinə görə, müraciətin bu həftə ərzində göndəriləcəyi nəzərdə tutulub. S.Abbasoğlu doktoranturaya qəbulla bağlı nə qədər əlavə yerə ehtiyac olduğunun sabah dəqiqləşəcəyini qeyd edib. Qeyd edək ki, bu vaxta qədər AMEA-nın Gəncə Regional Elm Mərkəzi və Naxçıvan Bölməsində qəbul olan doktorantların siyahısı Rəyasət Heyətində təsdiq olunub. Xatırladaq ki, bu il Azərbaycanda doktoranturaya qəbul ilk dəfə olaraq keçirilir. AMEA-nın fəlsəfə doktoru hazırlığı üzrə 2011-ci il üçün qəbul planı 215 nəfər müəyyənləşdirilib. Onlardan 174 nəfər əyani, 41 nəfəri qiyabi müəyyən edilib. Akademiya üzrə elan edilən yerlərə 478 nəfər sənəd verib. Onlardan 368 nəfəri əyani, 110-u qiyabi yerlərə sənəd verib.
URL / WWW
http://kelam.az/article/a-5453.html