Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Mübariz Qurbanlı: ABŞ insan hüquqları məsələlərindən təzyiq vasitəsi kimi istifadə edir
14.12.11 02:19

“Biz çox təəssüf edirik ki, ABŞ dövlət katibi Hillari Klinton beynəlxalq insan hüquqları günü ilə bağlı açıqlamasında obyektivlikdən uzaq olaraq Azərbaycanın adını da mənfi halda çəkib”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında YAP icraçı katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib. Onun sözlərinə görə, bu məsələ ilə bağlı mövqeyi ondan ibarətdir ki, ABŞ-ın rəsmi şəxsləri və ya başqa beynəlxalq təşkilatların nümayəndələrinin bu tipli açıqlamalarının arxasında başqa məqsədlər dayanır. “Azərbaycan insan hüquqları haqqında ümumi bəyannaməni ratifikasiya edib. Konstitusiya qəbul ediləndə də Azərbaycanın söykəndiyi insan haqları prinsipləri ümumi bəyannamədən irəli gələn müddəaları özündə əks etdirir. İndi bu və ya digər ölkəyə irad tutmaq üçün həmin dövlət gərək bu məsələlərlə əlaqədar özü nümunə göstərsin. ABŞ bu sahədə nümunə göstəriləcək ölkə sayılmır. Çünki 1948-ci ildə qəbul edilən İnsan Haqlarına dair Bəyannaməni ABŞ indiyədək ratifikasiya etməyib və rəsmi sənəd kimi qəbul etməyib. İndi sual olunur, beynəlxalq səviyyədə insan hüquq və azadlıqlarının təməl prinsipləri olan sənədləri qəbul etməyən bir ölkənin başqa ölkələri insan hüquq və azadlıqlarını pozmaqda ittiham etməsi nə dərəcədə məntiqidir? Əgər ABŞ da bu sənədlərə qoşulmuş olsaydı, onda bu gün sosial hüquqları uğrunda mübarizə aparan və Nyu-Yorkda aksiyalar keçirən ABŞ vətəndaşları atların təpikləri altına salınmazdı və bir gündə 600 nəfər həbs olunmazdı” - deyə M.Qurbanlı vurğulayıb. O qeyd edib ki, ABŞ insan hüquqları və demokratiya məsələlərindən Azərbaycana təzyiq vasitəsi kimi istifadə edir. “Məqsəd Azərbaycanın bölgədə yürütdüyü müstəqil xarici siyasətə təsir göstərməkdir” - deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-5452.html