Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Əbulfəs Qarayev Doha Forumu çərçivəsində ikitərəfli görüşlər keçirib
14.12.11 02:19

Doha Forumu çərçivəsində nazir Əbülfəs Qarayev bir sıra ikitərəfli görüşlər keçirib. “KƏLAMİNFO”ya verilən məlumata görə, Ə.Qarayev ilk olaraq Ümumdünya Turizm Təşkilatının (ÜTT) baş direktoru Taleb Rifai ilə görüşüb. Azərbaycanla təşkilat arasında yüksək münasibətlərin yarandığı vurğulanan görüşdə gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib. Nazir Əbülfəs Qarayev Forum çərçivəsində, həmçinin qətərli həmkarı Hamad bin Abdəl Əziz Kavari ilə də görüşüb. İki dövlət arasında ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın yüksək səviyyədə olması qeyd olunub. Görüş zamanı münasibətlərin konkret fəaliyyətlər ilə daha da dərinləşdirilməsinin vacibliyi vurğulanıb. Daha sonra Ə.Qarayev BMT-nin Sivilizasiyalar Alyansı üzrə yüksək nümayəndəsi, Portuqaliyanın keçmiş prezidenti Xorxe Sampaio ilə görüşüb. Alyans ilə Azərbaycan arasında münasibətlər, mədəniyyətlərarası dialoqa dəstək, müasir mədəniyyətlərarası proseslər barədə fikir mübadiləsi görüşün prioriteti olub. X.Sampaio Azərbaycanın fəaliyyətini izlədiyini və gələcəkdə mədəniyyət sahəsində görülən bütün işlərə dəstək verəcəklərini bildirib. Doha Forumu çərçivəsində Ə.Qarayev YUNESKO-nun baş direktoru Irina Bokova ilə də görüşüb. Nazir prezident İlham Əliyev və onun xanımı Mehriban xanım Əliyevanın salamlarını İ.Bokovaya çatdıraraq Azərbaycan-YUNESKO münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edib. Qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə keçən görüşdə YUNESKO-nun hazırkı vəziyyətini nəzərə alaraq münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Xatırladaq ki, Doha Forumu bu gün öz işinə yekun vuracaq.
URL / WWW
http://kelam.az/article/a-5450.html