Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Milli Məclisin növbəti iclası işə başlayıb
14.12.11 02:18

Bu gün Milli Məclisin növbəti plenar iclası işə başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, iclasda spiker Oqtay Əsədov gündəlikdə duran məsələləri müzakirəyə çıxarıb. İlk olaraq iclasda “Azərbaycan Respublikası Hökuməti və Kolumbiya Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı olaraq aradan qaldırılması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva layihə haqqında məlumat verərək bildirib ki, Azərbaycanın xarici siyasəti Cənubi Amerikaya diqqət yetirir. “Son vaxtlar bu ölkələrdə səfirliklərin və diplomatiklərin nümayəndəliklərin yaradılması bunun tərkib hissəsidir” - deyə o vurğulayıb. Layihə səsə qoyularaq qəbul olunub. Daha sonra “Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında sərmayələrin təşviq və qarşılıqlı qorunması haqqında” və “Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında” Saziş layihələri müzakirəyə çıxarılaraq təsdiq olunub. Qeyd edək ki, bugünkü iclasın gündəliyində 11 məsələ müzakirəyə çıxarılır.
URL / WWW
http://kelam.az/article/a-5449.html