Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » “Eurovision–2012”nin Milli seçim turunun 3-cü həftəsi sabah başlayır
13.12.11 02:55

Sabah “Eurovision–2012”nin Milli seçim turunun 3-cü həftəsinə start veriləcək. İctimai Televiziyadan “KƏLAMİNFO”ya verilən məlumata görə, bu həftənin iştirakçıları Xəyyam Mustafazadə, Fərid Ramazanov, Aytac Vəliyeva, Rüstəm Əlləzov, Rövşən Əzizov, Aysel Quluzadə, Yelena Kərimova, Anar Səfərov və Altun Zeynalov olacaq. Milli seçim qaydalarına uyğun olaraq iştirakçılar həftənin 5 günü canlı yayımda ifa və performanslarını təqdim edəcəklər. Şənbə günü isə münsiflər heyəti və tamaşaçıların səsverməsi nəticəsində 3-cü həftənin qalibi bəlli olacaq. Xatırladaq ki, əvvəlki iki həftədə Orxan Kərimli və Mehriban Sadıqova yarımfinal mərhələsinə vəsiqə qazanıb. Qeyd edək ki, finalda Milli seçim həftələrinin birincisi olan 8 nəfər yarışacaq və qələbə qazanan iştirakçı Bakıda keçiriləcək “Eurovision–2012” Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edəcək.
URL / WWW
http://kelam.az/article/a-5448.html