Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Gənc Tamaşaçılar Teatrı Yeni ilə yeni tamaşa ilə hazırlaşır
12.12.11 19:55

Dövlət Gənc Tamaşaçılar Teatrı kiçik yaşlı tamaşaçı və məktəbliləri Yeni il şənliklərində yeni tamaşa və sürprizlərlə zəngin əyləncəli proqramla qarşılayacaqlar. Mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, teatrda yeni il şənliklərində oynanılması üçün “Cupbulu əjdaha” adlı musiqili əyləncəli tamaşa üzərində yaradıcılıq işinə start verilib. Quruluşçu rejissoru və səhnə tərtibatı Nicat Kazımov olan tamaşada rolları teatrın gənc aktyorları Müşfiq Əliyev, Roza İbadova, Elgün Yəhyayev, Anar Seyfullayev, İradə Rəşidova, Vahid Orucoğlu, Anar Səfiyev, Eşqin Quliyev ifa edəcəklər. Şənlik iştirakçılarını Şaxta baba və Qar qız qarşılayıb, teatrın yeni il bayramı üçün bəzədilmiş geniş və yaraşıqlı foyesində digər nağıl qəhrəmanlarının iştirakı ilə xüsusi hazırlanmış yeni il proqramına dəvət edəcəklər. Gənc Tamaşaçılar Teatrından onu da bildiriblər ki, balaca dostlarımızı daha başqa sürprizlər də gözləyir. Bunu isə şənliyə gəlib görmək lazımdır. Xatırladaq ki, yeni il şənliklərinə həsr olunmuş xüsusi bayram proqramı 2011-ci il dekabrın 29-dan, 2012-ci il yanvarın 6-dək, saat 10:00, 12:00, 14:00, 16:00 və 18:00-da başlayacaq.
URL / WWW
http://kelam.az/article/a-5447.html