Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » ABŞ hərbçiləri Pakistandakı hərbi bazanı tərk ediblər
12.12.11 19:55

Pakistan bəyan edib ki, ABŞ hərbçiləri ölkənin cənub-qərbindəki hərbi hava bazasını tərk ediblər. «KƏLAMİNFO» RİA «Novosti»yə istinadən xəbər verir ki, beləliklə də Amerika qüvvələri rəsmi İslamabadın ötən ay 24 əsgərinin NATO tərəfindən öldürülməsinə cavab olaraq verdiyi möhlətə əməl etmiş olur. Pakistan hərbçiləri Bəlucistan vilayətində Şəmsi bazasına nəzarəti bu gün təhvil aldıqlarını bildiriblər. ABŞ hərbçiləri bu bazadan Pakistan-Əfqanıstan sərhədi yaxınlığındakı “Taliban”a qarşı mübarizədə uzun illər istifadə etmişdilər. ABŞ rəsmiləri bazadan çıxmaq haqda xəbəri təsdiqləməyiblər. Pakistan hökuməti ABŞ qüvvələrinə bazanı tərk etmək üçün dekabrın 11-dək vaxt vermişdi. Noyabrın 26-da NATO hava qüvvələrinin zərbələri nəticəsində Pakistan əsgərlərinin öldürülməsi cəmiyyətdə geniş qəzəb dalğası doğurmuşdu.
URL / WWW
http://kelam.az/article/a-5444.html