Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Hərbi diktator təhvil verildi
12.12.11 19:55

Panamanın 1980-ci illərdə narkotik alveri ilə məşğul olan sabiq hərbi diktatoru Manuel Norieqa bu gün vətənə qayıdır. «KƏLAMİNFO» «İTAR TASS»-a istinadən xəbər verir ki, o, narkotik alveri və pul yuyulması ittihamları ilə ABŞ və Fransada 20 il həbs cəzası çəkib. Bu gün o, Fransa hökuməti tərəfindən Panama polisinə təhvil verilib. Norieqa Panamada diktator qismində törətdikləri cinayətlərə görə əlavə 20 illik həbs cəzası ilə üzləşəcək. Bu ittihamlara onun öz rəqiblərini öldürtdürməsi daxildir. 77 yaşlı sabiq lider yaşına görə ev dustağı ola bilər. Bu qərarı Panama hökuməti verəcək. Etirazçılar hökuməti Norieqanı həbsdə saxlamağa çağırıblar.
URL / WWW
http://kelam.az/article/a-5442.html