Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunan anım mərasimləri keçirilir
12.12.11 19:55

Dünyanın bir sıra ölkələrində məskunlaşan azərbaycanlılar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edir, onun həyat və fəaliyyətindən bəhs edən konfrans, Dəyirmi masa, sərgilər keçirirlər. Diasporla İş üzrə Dövlət Komitəsindən “KƏLAMİNFO”ya verilən məlumata görə, Rusiyanın Moskva, Sankt-Peterburq, Yekaterinburq və digər şəhərlərində Ümumrusiya Azərbaycan Konqresi, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi və Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının təşkilatçılığı ilə anım mərasimləri keçirilir. Heydər Əliyevin xatirəsini Ukrayna, Belarus, Estoniya, Litva, Latviya və Moldovada yaşayan azərbaycanlılar da anırlar. Avropanın ayrı-ayrı ölkələrində, o cümlədən Almaniya, Fransa, İtaliyada, habelə Danimarka, İsveç, Niderland krallıqlarında, Polşa, Rumıniya, Macarıstan, Finlandiya, Çexiyada Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə həsr olunan tədbirlər keçirilir.Almaniya, Berlin, Drezden, Maqdeburq, Frankfurt şəhərlərində keçirilən anım mərasimi və xatirə gecələrində toplaşanlara ümummilli liderin şərəfli həyat yolu, onun Azərbaycan xalqı və dövlət qarşısında misilsiz xidmətlərindən danışılıb, ulu öndər haqqında sənədli film nümayiş etdirilib. Almaniyadakı Azərbaycan diaspor təşkilatlarının təşəbbüsü, Azərbaycanın bu ölkədəki səfirliyi və DİDK-nin dəstəyi ilə keçirilən tədbirlərdə azərbaycanlılarla yanaşı, yerli ictimaiyyətin nümayəndələri, türk, yəhudi, rus və digər millətlərin nümayəndələri iştirak ediblər. Heydər Əliyevin xatirəsinə həsr olunan anım mərasimləri Türkiyənin bir sıra şəhərlərində də keçirilir. Bu gün Ankarada ümummilli liderin xatirəsinə həsr olunan anım mərasimi keçiriləcək. Tədbirdə Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, DİDK sədri Nazim İbrahimov, Milli Məclisinin deputatları iştirak edirlər. Tədbir iştirakçıları Ankaradakı Heydər Əliyev parkında ulu öndərin abidəsi önünə əklil qoyacaqlar. Heydər Əliyevin xatirəsinə həsr olunan anım mərasimi Birləşmiş Ərəb Əmirliklərində də qeyd olunub. Bu ölkədə fəaliyyət göstərən Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə BƏƏ-nin hökumət nümayəndələri də iştirak ediblər. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimləri Gürcüstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstanda yaşayan azərbaycanlılar tərəfindən də təşkil olunacaq. Misir, İsraildə ulu öndər Heydər Əliyevin anım gününə həsr olunan konfranslar keçiriləcək, onun həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdiriləcək. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimləri ABŞ, Kanada, Avstraliya və Yeni Zelandiyada da keçiriləcək.
URL / WWW
http://kelam.az/article/a-5439.html