Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
13.12.11 01:55

Prezident İlham Əliyev Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib. “KƏLAMİNFO” xəbər verir ki, dövlət başçısı ümummilli liderin məzarı önünə əklil qoyub, ehtiramını bildirib. Prezident İlham Əliyev görkəmli oftalmoloq Zərifə Əliyevanın da məzarını ziyarət edib. Dövlət başçısını dövlət və hökumət nümayəndələri, millət vəkilləri, ictimai-siyasi xadimlər, Bakıdakı diplomatik korpusun təmsilçiləri müşayiət edirlər. Qeyd edək ki, bu gün Heydər Əliyevin vəfatından səkkiz il ötür. Azərbaycanın bütün bölgələrində, o cümlədən paytaxt Bakıda Heydər Əliyevin anım mərasimləri təşkil olunub.
URL / WWW
http://kelam.az/article/a-5438.html