Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » ADNA tələbələrinə bərk məişət tullantılarının idarə edilməsi mövzusunda mühazirə oxunub
09.12.11 20:12

“Təmiz Şəhər” ASC illik fəaliyyət planına uyğun olaraq əhalinin tullantılarının idarə edilməsi haqqında biliklərinin artırılması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir. Növbəti maarifləndirmə tədbiri dekabr ayının əvvəlində Azərbaycan Dövlət Neft Akademiyasında keçirilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya ADNA-dan veriblər.“Təmiz Şəhər” ASC-nin Ətraf Mühitin Mühafizəsi şöbəsinin əməkdaşları tərəfindən ADNA-nın ikinci kurs və magistratura tələbələrinə “Bərk məişət tullantılarının idarə edilməsi” mövzusunda mühazirələr oxunub. Mühazirəçilər tələbələrə bərk məişət tullantılarının anlayışı, termin və təyinləri, bərk məişət tullantılarının idarə olunmasının ekoloji konsepsiyası, Balaxanıda inşa olunan Bərk Məişət Tullantılarının Yandırılması Zavodu haqqında və İçərişəhərdə tullantıların çeşidlənməsi layihəsi haqqında ətraflı məlumat verib. Artıq 3-cü ildir ki, “Təmiz Şəhər” ASC Azərbaycan Dövlət Neft Akademiyası ilə gənc nəslin ekoloji maarifləndirilməsində və tərbiyəsində birgə fəaliyyət göstərirlər. Bu cür səmərəli əməkdaşlığın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulub.
URL / WWW
http://kelam.az/article/a-5433.html