Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Aydın İsmiyev: “Dəmir yolu turizm üçün hələ inkişaf etməyib”
09.12.11 20:12

“Dəmir yolu infrastrukturu turizm üçün inkişaf etməyib. Amma bu planda var və nəzərdə tutulub ki, dəmiryolu turizminin inkişafını müasir standartlara cavab verən turist vaqonları ilə təmin edib bu sahədə də ölkələrarası turizm mübadiləsində müəyyən nailiyyətlərə də öz imzamızı ataq”. “KƏLAMİNFO” xəbər verir ki, bu açıqlamanı jurnalistlərə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev verib. Şöbə müdiri bu sahədəki tariflərə gəlincə bildirib ki, ölkədaxili xarici turistlər üçün tariflər müəyyənləşdirilib, amma dəmiryolu turizmində tariflər hələ tam dəqiq deyil: “Bu o zaman məlum olacaq ki, bu sahədə infrastruktur hazır olsun və bu mexanizm işə düşsün. Biz bu haqda təkliflərimizi vermişik və əlbəttə ki, bu işin tam şəkildə həyata keçirilməsi bir və ya iki ilin ərzində baş verə bilməz”.
URL / WWW
http://kelam.az/article/a-5432.html