Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Azərbaycana gələn turistlərin 55%-i sərhədyanı ölkələrdəndir
10.12.11 02:12

“Xaricdən Azərbaycana gələn turistlərin sayına görə onların 50-55%-ini qonşu ölkələrin vətəndaşları təşkil edir”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Bakıda keçirilən “Sərhədyanı turizmin inkişaf perspektivləri”nə həsr olunan beynəlxalq konfransda Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev məlumat verib. Sektor müdiri bildirib ki, turizm ili çərçivəsində bir sıra beynəlxalq tədbirlər keçirilib. Sərhədyanı turizmin çox aktual olduğunu vurğulayan A.İsmiyev bu turizm növünün bütün dünya xalqları arasında sərfəli olduğunu qeyd edib: “Burada həm məsafənin yaxınlığı, həm də maliyyə vəsaitinin az tələb olunması amili əlbəttə ki, turistlərin qonşu ölkələrə səfər etmələrinə daha çox təsir edir. Bütün sərhədyanı ölkələrlə bizim əlaqələrimiz var. Biz İran, Gürcüstan, Türkiyə, Rusiya və digər sərhədyanı ölkələrlə turist mübadiləsi edirik”. Ölkəsinin turistlərin gəlişinə görə, dünyada 7-ci, gəlirinə görə isə 10-cu yerdə dayandığını bildirən Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin İnvestisiyalar və layihələr sektorunun müdir müavini Fikri Kolenoğlu isə rəqəmləri açıqlayarkən bildirib ki, 2010-cu ildə Türkiyədən Azərbaycana gələn turistlərin sayı 336 min 698 nəfər təşkil etdiyi halda, Azərbaycandan Türkiyəyə gedən turistlərin sayı 486 min 381 nəfər olub.
URL / WWW
http://kelam.az/article/a-5431.html