Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Azərbaycanlı politoloq: “Rusiya inqilabi dəyişikliklərlə deyil, təkamül yolu ilə hərəkət edəcək”
09.12.11 20:12

“Qonşu Rusiyada seçkidən sonra ümumilikdə prosesi Medvedev-Putin tandeminin qələbəsi kimi təqdim etsələrə də nəticələr göstərir ki, bu, Putin üçün gözlənilməz oldu”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində politoloq Rasim Ağayev bildirib. Politoloq deyib ki, hakim partiya Dumada konstitusiyon çoxluq təşkil edə bilmədi. “Ən güclü müxalif qüvvələr olan Rusiya Kommunist Partiyası, Liberal Demokrat Partiyası və Ədalətli Rusiya mövqelərini möhkəmlətdilər. Hətta “Yabloka”da qələbə çaldı. Yəni 3 faiz artıq səs topladı. Bu səslər hakim partiyanın səslərinin itirməsi nəticəsində baş verdi. Bununla belə hakim partiya mövqeyini qoruyur. Bu göstərir ki, əslində Rusiyanın siyasi həyatında müxalifət-iqtidar mənasında tarazlıq yaranıb. Şübhəsiz ki, toqquşmalar, nümayişlər olur, amma bunlar kütləvi xarakter daşımadı. Əsas məsələ odur ki, hakim partiya sabitliyini və hakimiyyətini saxlayır”,-deyə R.Ağayev vurğulayıb. Onun fikrincə Rusiyada radikal qüvvələr yoxdur. “Özünü radikal kimi təqdim edən qüvvələri isə çoxluq ciddi qəbul etmir. Rusiyada siyasi tarazlıq və sabitlik yaranıb. Bu onu deməyə əsas verir ki, Rusiya inqilabi dəyişikliklərlə deyil, təkamül yolu ilə hərəkət edəcək”,-deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-5430.html