Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Oqtay Əsədov Macarıstan Milli Assambleyasının sədri Laszlo Köver ilə görüşüb
10.12.11 02:12

Macarıstanda səfərdə olan Azərbaycan Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti bu ölkənin Milli Assambleyasının sədri Laszlo Köver ilə əvvəlcə təkbətək, sonra isə geniş tərkibdə görüşü keçirib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər. Görüşdə parlamentlərarası əlaqələrin bu günü və gələcək inkişaf perspektivləri, dövlətlərarası münasibətlərin inkişafında qanunverici orqanların rolu və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Sonra hər iki spiker mətbuat nümayəndələrinə görüşün nəticələri barədə açıqlama veriblər. Milli Məclisin Sədri burada parlamentin xatirə kitabına ürək sözlərini yazıb. Parlament nümayəndə heyəti Macarıstan Milli Assambleyasının qədim binası ilə tanış olub, ölkə parlamentinin tarixi ilə maraqlanıb. Həmin gün nümayəndə heyəti Budapeşt şəhərinin meri və ölkənin Milli İqtisadiyyat Nazirliyinin dövlət katibi, xanım Roza Nac ilə görüşüb. Bu görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında söhbətlər aparılıb. Səfər çərçivəsində keçirilən görüşlərdə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, deputatlardan Xanhüseyn Kazımlı, Cavanşir Feyziyev və parlament Aparatının rəhbəri Səfa Mirzəyev iştirak ediblər. Parlament nümayəndə heyətinin Macarıstana səfəri davam edir.
URL / WWW
http://kelam.az/article/a-5429.html