Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Tarixi-mədəni irsimizin təbliği məqsədilə 2012-ci ildə silsilə tədbirlər planlaşdırılır
09.12.11 02:17

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən beynəlxalq səviyyədə ölkəmizin tarixi-mədəni irsinin təbliği məqsədilə 2012-ci ildə beynəlxalq təşkilatlar və ikitərəfli əməkdaşlıq vasitəsilə silsilə layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Nazirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, gələcəkdə Qafqaz Albaniyasının mədəni irsinə dair vahid məlumat bazasının və saytın hazırlanması, bu istiqamətdə milli və beynəlxalq layihələrin dəstəklənməsi, ölkə ərazisində bütün regionlarda qədim Qafqaz Albaniyası dövrünə aid abidələrin identifikasiyası, tədqiqi, bərpası və qorunması, Azərbaycan Respublikası ərazisində mövcud olan Qafqaz Albaniyası abidələrin ölkə və xaricdə tanıdılması məqsədilə təbliğat materialların hazırlanması, Qafqaz Albaniyası irsinə dair filmin çəkilişi və fotosərginin keçirilməsi, Qafqaz Albaniyası abidələrinin YUNESKO-nun Dünya İrsi Siyahısına təqdim edilməsi və bununla bağlı beynəlxalq və yerli tədbirlərin nazirlik tərəfindən təşkili nəzərdə tutulub.
URL / WWW
http://kelam.az/article/a-5424.html