Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Obama ABŞ-ın xarici siyasət prioritetini elan etdi
08.12.11 20:17

ABŞ prezidenti Barak Obama dünyada homoseksualların hüquqlarının müdafiəsini Amerikanın xarici siyasətinin prioriteti olduğunu bəyan edib. “KƏLAMİNFO” “Qolos Amerika”ya istinadən xəbər verir ki, prezident dünya ölkələrinin dövlət başçılarını bu sahədə Amerikanın diplomatik fəaliyyətləri və yardımlarına dəstək verməyə çağırıb. ABŞ prezidenti deyib ki, dünyanın bir çox ölkəsində seksual oriyentasiyaları üzündən insanlar döyülür, bəzi hallarda ölümlə belə üzləşir. Barak Obama seksual azlıqların hüquqlarının müdafiəsinə səsləyərək, söz, din azadlığı kimi sevməyin də azad olmasının vacibliyini vurğulayıb. ABŞ dövlət başçısı sentyabr ayında BMT-nin Baş Assambleyasındakı çıxışı zamanı da bu məsələyə toxunmuşdu.
URL / WWW
http://kelam.az/article/a-5423.html