Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » ABŞ: “Bəşər Əsəd ya reallıqdan tamam uzaq düşüb, ya da ağlını itirib”
08.12.11 20:17

ABŞ bildirib ki, Suriya prezidenti Bəşər əl-Əsəd ya reallıqdan tamam uzaq düşüb, ya da ağlını itirib. Bu barədə Dövlət Departamentinin sözçüsü Mark Toner Bəşər Əl-Əsədin Suriyadakı vəziyyətlə bağlı ABC xəbər televiziyasına müsahibəsini şərh edərkən deyib. Bəşər Əl-Əsəd müsahibəsində deyib ki, o, minlərlə adamın öldürülməsində məsuliyyət daşımır. Onun sözlərinə görə, əgər ağlını itirməyibsə, dünyada heç bir lider öz xalqını məhv etmək istəməzdi. Dövlət Departamentinin sözçüsü Mark Tonerin fikrincə, Əsədin fikirləri ona işarə edir ki, ya o, reallıqdan uzaq düşüb, ya da özünün dediyi kimi, «ağlını itirib». Mark Toner bir daha vurğulayıb ki, rəsmi Vaşinqton Bəşər əl-Əsədin istefaya getməsini zəruri sayır. Mark Toner, həmçinin Əsəd hökumətini xarici müşahidəçiləri və media nümayəndələrini vəziyyəti dəyərləndirmək üçün ölkəyə buraxmağa çağırıb.
URL / WWW
http://kelam.az/article/a-5422.html