Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Qəddafinin oğlu Meksikaya qaçmaq istəyirmiş
08.12.11 20:17

Liviyanın sabiq lideri Müəmmar Qəddafinin oğullarından Sədi Qəddafinin Meksikaya qaçmaq istədiyi açıqlanıb. Meksikanın daxili işlər naziri Alehandro Poire Sədi Qəddafi və ailəsinin saxta ad və sənədlərlə sentyabr ayında Meksikaya girməyi planlaşdırdığını açıqlayıb. Poire kəşfiyyat qurumlarının diqqətli davranışı nəticəsində planın uğur qazanmadığını bildirib. Meksikalı nazir bu məsələ ilə bağlı olaraq 2 meksikalı, bir kanadalı və bir danimarkalının həbs edildiyini söyləyib. Qeyd edək ki, Sədi Qəddafi atasının ələ keçirilməsindən öncə Nigerə qaçmış, Niger hökuməti də Qəddafinin oğluna insani səbəblərlə sığınacaq verdiyini açıqlamışdı.
URL / WWW
http://kelam.az/article/a-5421.html