Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK-da növbəti elmi-metodiki seminar keçirilib
06.01.10 03:42

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) kimya fənni üzrə növbəti elmi-metodiki seminar keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mərbuat xidmətindən veriblər. Seminarda yeni tipli test tapşırıqlarının müzakirəsi aparılıb. Təqdim olunmuş test tapşırıqlarının hər biri qəbul proqramına və orta məktəb dərsliklərinə uyğunluq baxımından məzmuna, mürəkkəblik dərəcələri və qabiliyyət göstəricilərinə görə; məntiqi düşüncəyə, nəzəri biliklərin tətbiqinə əsaslanan, kimyəvi proses və hadisələrin mahiyyətinin açılmasına yönəlmiş olması baxımından təhlil edilib. Müzakirələr nəticəsində qəbul olunmuş test tapşırıqlarının analoqlarının hazırlanıb test bankına verilməsi qərara alınıb. Növbəti seminar iclasında test tərtibi metodikası ilə bağlı müzakirələr aparılacaq.
URL / WWW
http://kelam.az/article/a-542.html