Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Sərxan Abbasoğlu: Doktoranturaya qəbul planının artırılmasına ehtiyac yaranıb
08.12.11 20:17

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Azərbaycan Respublikasının digər elmi müəssisələri və təşkilatları üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə keçirilən imtahanlar başa çatıb. Hazırda institutun elmi şuralarında mövzuların müəyyənləşdirilməsi, elmi rəhbərlərin təyin olunması, qəbul olanların təsdiq olunması üçün AMEA Rəyasət Heyətinə göndərilməsi prosesi gedir. Bu barədə “KƏLAMİNFO”ya açıqlamasında AMEA Rəyasət Heyətinin elmi katibi Sərxan Abbasoğlu məlumat verib.S.Abbasoğlu deyib ki, ərizə verənlərin sayı yerlərin sayından çox olduğuna görə ikinci mərhələ üçün əlavə yerlərin ayrılması üçün AMEA Nazirlər Kabineti qarşısında vəsatət qaldırmaq fikrindədir: “Yüksək bal toplayanlar kifayət qədərdir. Onların kənarda qalmasını istəmirik. Onu da nəzərə almaq lazımdır ki, doktoranturaya qəbul üç ildir ki, keçirilmədiyinə görə, yüksək ixtisaslı kadr hazırlığı sahəsində fasilə yaranıb. Həmin boşluğu doldurmaq məqsədilə əlavə yerlərin ayrılması məsələsinə də xüsusi diqqət yetiriləcək”. S.Abbasoğlu deyib ki, bir neçə gündən sonra AMEA Rəyasət Heyətinin iclasında Akademiyanın müvafiq bölmələri üzrə doktoranturaya qəbul olanlar, elmi rəhbərlərin təsdiqi prosesi başlanılacaq. Onun sözlərinə görə, artıq Gəncə Regional Elm Mərkəzi ilə Naxçıvan Bölməsində qəbul olanlar Rəyasət Heyətində təsdiq olunub. Növbəti iclaslarda isə digər bölmələr üzrə doktorantların qəbulu, elmi rəhbərləri və mövzular təsdiq ediləcək. Həmçinin iclaslarda əlavə yer məsələsinə də baxılacaq. Nə qədər əlavə yerin ayrılmasına ehtiyac olduğuna gəlincə, S.Abbasoğlu deyib ki, rəqəmlər dəqiqləşməyib. Xatırladaq ki, bu il Azərbaycanda doktoranturaya qəbul ilk dəfə olaraq keçirilir. AMEA-nın fəlsəfə doktoru hazırlığı üzrə 2011-ci il üçün qəbul planı 215 nəfər müəyyənləşdirilib. Onlardan 174 nəfər əyani, 41 nəfəri qiyabi müəyyən edilib. Akademiya üzrə elan edilən yerlərə 478 nəfər sənəd verib. Onlardan 368 nəfəri əyani, 110-u qiyabi yerlərə sənəd verib.
URL / WWW
http://kelam.az/article/a-5419.html