Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK sədri: “Orta məktəblər üçün çap edilən dərsliklərdə ciddi nöqsanlar var”
09.12.11 02:17

“Etiraf edək ki, bu gün orta məktəblər üçün çap edilən dərsliklərdə ciddi nöqsanlar var”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib. O qeyd edib ki, bu il yeni çap olunan Biologiya və Tarix dərsliklərində səhvlər xüsusilə çoxdur. “Bu, çox ciddi məsələdir, çünki şagirdlər həmin səhvləri düzgün məlumat kimi qəbul edə bilərlər” - deyə M.Abbaszadə vurğulayıb. O bildirib ki, “Abituriyent” jurnalının yanvar ayında çap olunacaq 1-ci sayında dərsliklərdə olan səhvlər haqda düzəlişlər veriləcək. “Jurnalın 57-ci səhifəsindən 69-cu səhifəsinədək səhvlərdən bəhs olunacaq. Qəbul imtahanları üçün test bankında olan suallara düzgün cavab tələb olunacaq, ona görə də abituriyentlər bu jurnalı oxumalıdırlar. Tarix dərsliyində səhvlər mənəvi, həm də siyasi nöqteyi-nəzərdən yaxşı hal deyil” - deyə o, əlavə etdi.
URL / WWW
http://kelam.az/article/a-5415.html