Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Politoloq: “ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona son səfəri vəziyyətə yenidən canlanma gətirib”
09.12.11 02:17

“Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin son görüşündən ciddi nəsə gözləmək düzgün olmazdı”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində politoloq Rasim Ağayev bildirib. O, qeyd edib ki, bir az əvvəl Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilmiş görüşdən sonra sanki Qarabağ münaqişəsinin həlli istiqamətində müəyyən durğunluq yaranıb. “Amma ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona son səfəri vəziyyətə yenidən canlanma gətirib. Hələ ki, ATƏT-in Minsk qrupunun həmsədrləri və ya Ermənistan tərəfindən yeni sülh təklifləri yoxdur. Mahiyyət etibarilə ortalıqda köhnə yanaşmalar qalmaqdadır. Azərbaycan tərəfinin mövqeyi də dəyişilməz olaraq qalır. Qarabağ münaqişəsi beynəlxalq hüququn prinsiplərinə və tələblərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Azərbaycan tərəfi yalnız bu şərtlər çərçivəsində kompromisə getməyə hazırdır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, münaqişənin sülh yolu ilə həllini istəməyən və qeyri-konstruktiv mövqe nümayiş etdirən tərəf varsa, o da Ermənistandır”,-deyə R.Ağayev vurğulayıb. Qeyd edək ki, dekabrın 5-də Vilnüsdə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında keçirilən görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi iştirak edib. Tərəflər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsini müzakirə ediblər.
URL / WWW
http://kelam.az/article/a-5413.html