Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Əhməd Davudoğlu: “Regional problemlər öncə region içində həll olunmalıdır”
09.12.11 01:17

Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu Türkiyənin NATO təmsilçiliyində mətbuat konfransı keçirib. «KƏLAMİNFO» TRT-yə istinadən xəbər verir ki, Suriyadakı prosesləri dəyərləndirən Davudoğlu BMT Təhlükəsizlik Şurası daimi üzvlərinin az qala hamısıyla Suriya mövzusunu müzakirə etdiyini bildirib. Nazir bu ölkələrin qənaətlərinin ortaq məxrəcə gəlməsinə ciddi önəm verdiklərini deyib. Əhməd Davudoğlu Türkiyənin regional problemlərin regionun içində həll olunmasına və əvvəlcə bu istiqamətdə bütün lazımi səylərin göstərilməsinə çalışdığını qeyd edib. Nazir Ərəb Birliyinin səylərinin və Türkiyənin dəstəyinin buna misal olduğunu deyib. NATO toplantısının gündəliyi haqda da məlumat verən Davudoğlu əsas məsələlərdən birinin Balkanlardakı son proseslər olduğunu deyib. Nazir NATO-nun genişlənməsi baxımından Balkanları yaxından izlədiklərini deyib və Balkanlarda “açıq qapı” siyasətinin davam etməsinin vacibliyini vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-5412.html