Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “Eurovision”la əlaqədar Bayılda yeni yarımstansiya tikilir
08.12.11 20:17

2012-ci ilin may ayında Azərbaycanda keçiriləcək “Evrovision” beynəlxalq mahnı müsabiqəsi zamanı elektrik enerjisinə olan tələbatın artımı ilə əlaqədar Azərbaycan enerji sistemi heç bir problemlə qarşılaşmayacaq. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Sənaye və Energetika Nazirliyi “Azərenerji” ASC-yə istinadən xəbər yayıb. Bildirilir ki, hazırda Azərbaycanın enerji sistemi 1000 MVt ehtiyat gücə malikdir. “Evrovision” beynəlxalq mahnı müsabiqəsi keçiriləcək yerlərin elektrik enerjisi təchizatı sxemləri hazırlanıb və ən yüksək etibarlılıq meyarlarına cavab verir. Belə ki, hal-hazırda gücü 240 MVA olan və ən müasir avadanlıqlarla təchiz olunacaq yeraltı 1003510 kV-luq “Bayıl” yarımstansiyası inşa edilir. Bundan əlavə, 3 ədəd 6 kV-luq yarımstansiyanın tikintisi, 12 MVt gücündə avtonom ehtiyat dizel-generatorların və 10 MVt gücündə kəsilməz qida mənbəyinin (UPS) quraşdırılması nəzərdə tutulur. “Evrovision” beynəlxalq mahnı müsabiqəsi zamanı elektrik enerjisinə olan tələbatın artımını ödəmək məqsədi ilə müvəqqəti elektrik stansiyasının tikintisi ilə bağlı “APR Energy” şirkəti təkliflər irəli sürüb.
URL / WWW
http://kelam.az/article/a-5410.html