Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Nazir müavini Azərbaycanı Moskvada keçiriləcək müşavirədə təmsil edəcək
08.12.11 20:17

Sabah Rusiyanın paytaxtı Moskva şəhərində Müstəqil Dövlətlər Birliyinin (MDB) humanitar sahə üzrə əməkdaşlıq orqanları rəhbərlərinin növbəti koordinasiya müşavirəsi keçiriləcək. Azərbaycanı bu müşavirədə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov təmsil edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən veriblər. İ.İsmayılov eyni zamanda MDB ölkələri bədən tərbiyəsi və idman haqqında Saziş iştirakçılarının bədən tərbiyəsi və idman şurasının sədridir. Koordinasiya müşavirəsi zamanı 2020-ci ilə qədər MDB ölkələrinin iştirakçılarının bədən tərbiyəsi və idman haqqında strateqiyasının, MDB-də İdman və sağlam həyat ili üçün əsas konsepsiya və tədbirlər planının işlənilməsi, MDB-nin dövlətlərarası ekoloji məsləhət şurasının yenidən bərpası, 2012-ci il İdman və sağlam həyat tərzi ilinin informasiya vasitələrində işıqlandırılması və digər məsələlərin müzakirəsi nəzərdə tutulub. Tədbir 10 dekabr tarixində işinə yekun vuracaq.
URL / WWW
http://kelam.az/article/a-5409.html