Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Aşura günü 1363,6 litr qan tədarük olunub
08.12.11 02:48

Məhərrəmlik ayının onuncu günü - Aşura günündə Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları keçirilib. Səhiyyə Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, respublika üzrə 3409 nəfər könüllü olaraq qan verib və ümumilikdə 1363,6 litr qan tədarük olunub. Donorlardan 2329 nəfər və 931,6 litr tədarük olunan qan Bakı şəhərinin, 1080 nəfər və 432 litr tədarük olunan qan isə bölgələrin payına düşür. Qeyd edək ki, hər il Aşura günündə qan vermək istəyən həmvətənlərimizin sayı daha da artır. Belə ki, 2010-cu ildə 2210 nəfər könüllü qan vermiş və 884 litr qan tədarük olunmuşdu.
URL / WWW
http://kelam.az/article/a-5404.html