Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Əli Əhmədov: “Hesabat Azərbaycanın korrupsiyaya qarşı mübarizəsinin ruhuna uyğun gəlmir”
07.12.11 20:48

“Ötən bir illə bağlı “Transparency International” təşkilatının hesabatı Azərbaycanın korrupsiyaya qarşı mübarizəsinin ruhuna uyğun gəlmir”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə Yeni Azərbaycan Partiyasının sədr müavini, millət vəkili Əli Əhmədov deyib. O qeyd edib ki, bu kimi təşkilatların hər bir dəyərləndirməsi, xüsusilə də beynəlxalq təşkilatlar səviyyəsində dəyərləndirmələr obyektiv, ədalətli olmalı, subyektiv fikirlər üstünlük təşkil etməməlidir. “Biz buna reallığı əks etdirməyən hal kimi yanaşırıq. Siyahıda tutmalı olduğumuz yer orada real göstəriləndən xeyli dərəcədə fərqlənir. Beynəlxalq təşkilatlar bütün məsələlərdə olduğu kimi bu məsələdə də həqiqəti əks etdirməlidirlər” - deyə Ə.Əhmədov vurğulayıb. Deputat bildirib ki, Azərbaycan cəmiyyətində də əhalinin böyük əksəriyyəti həmin məsələlərdə fərqli düşünür. “Hökumət korrupsiyanın aradan qaldırılması və bununla mübarizə istiqamətində ciddi addımlar atır. Bu istiqamətdə çox ciddi işlər görülür və bundan sonra da təbii ki, görüləcək” - deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-5403.html