Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Elnur Aslanov: “BMT Təhlükəsizlik Şurası öz kəskin sözünü deməlidir”
07.12.11 20:48

“Təəssüf ki, dünyanın böyük təşkilatı olan BMT-nin Dağlıq Qarabağla bağlı qətnamələrinin yerinə yetirilməsi illərdir uzanır. BMT Təhlükəsizlik Şurası öz kəskin sözünü deməlidir, beynəlxalq təşkilatlar artıq öz hüquqi legitimliyini ortaya qoyub Ermənistana öz təzyiqlərini artırmalıdırlar”. “KƏLAMİNFO” xəbər verir ki, bunları jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov bildirib. O qeyd edib ki, dünən Azərbaycan xarici işlər nazirinin də bəyan etdiyi kimi, Azərbaycan sülh sazişinin üzərində işləməyə hazır olduğunu bildirib. “Bu da ondan irəli gəlir ki, Azərbaycan birgə sülh şəraitində yaşamağın tərəfdarıdır. Dağlıq Qarabağda yaşayan hər bir insan Azərbaycan vətəndaşıdır və bu, de-yure belədir. Azərbaycan artıq postkonflikt ərazilərinin bərpasını, Dağlıq Qarabağın gələcəyini düşünür və birgə yaşam prinsipləri üzərində fikir mübadiləsi aparmağa hazırdır. Bu bizim daha konstruktiv, daha rasional mövqedən çıxış etməyimizin bariz nümunəsidir” - deyə E.Aslanov vurğulayıb. PA rəsmisi deyib ki, Azərbaycan bir qarış da olsa öz torpaqlarından, öz prinsiplərindən geri çəkilməyəcək. “Bu həm beynəlxalq hüququn prinsiplərinə uyğundur, həm də reallıqlara cavab verir” - deyə o, əlavə edib. E.Aslanov, həmçinin qeyd edib ki, hazırda münaqişə həll olunmamış qaldıqca münaqişə bölgəsi regional təhlükəyə çevrilir. “Eyni zamanda, Dağlıq Qarabağın nəzarətdə olmayan bölgə olması narkotik maddələrin istehsalı və tranziti üçün geniş şərait yaradır” - deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-5402.html