Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Elmar Məmmədyarov Böyük Britaniyanın xarici işlər naziri ilə görüşüb
07.12.11 22:48

Xarici işlər naziri Elmar Məmmədyarov Litvanın paytaxtı Vilnüs şəhərində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 18-ci iclasında iştirakı çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib. XİN-in mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyqlə keçirilmiş görüşdə Azərbaycanla Böyük Britaniya arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Görüş zamanı iki ölkə arasında iqtisadi və enerji sahələrində, həmçinin beynəlxalq təşkilatlar və BMT TŞ çərçivəsində perspektiv əməkdaşlıq məsələləri müzakirə olunub. Görüşdə Britaniya tərəfi Azərbaycan ilə Türkiyə arasında qaz alqı-satqısı və tranziti məsələlərinə dair sənədlər paketinin imzalanmasından məmnunluq bildirib. Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze ilə görüşən Elmar Məmmədyarov gürcüstanlı həmkarı ilə Azərbaycan və Gürcüstan arasındakı ikitərəfli əlaqələr və regionda mövcud olan münaqişələrin həlli perspektivlərini müzakirə edib. Görüşdə, həmçinin beynəlxalq təşkilatlar və GUAM çərçivəsində əməkdaşlıq, eyni zamanda enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
URL / WWW
http://kelam.az/article/a-5401.html