Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » “Azərbaycan məktəbi” jurnalının 85 illik yubileyi qeyd edilib
30.12.09 06:03

Bu gün Təhsil Nazirliyində “Azərbaycan məktəbi” jurnalının 85 illik yubileyi qeyd edilib. KƏLAMİNFO xəbər verir ki, yubiley mərasimində çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, təhsil mətbuatının tarixini öyrənmək, fəaliyyətlərini təhlil etmək və gələcək perspektivlərini müzakirə etmək çox vacibdir. Təhsilin inkişafında jurnalın mühüm rol oynadığını vurğulayan M.Mərdanov əlavə edib ki, son 20 ilin hadisələri təhsillə bağlı olan mətbuatın istiqamətini mənfiyə doğru dəyişə bilmədi. Onun sözlərinə görə, bu mətbuat öz durumunu saxlaya və Azərbaycan məktəbinə xidmət edə bildi. Təhsil mətbuatı ilə bağlı müəyyən iradların da mövcudluğunu söyləyən nazir qeyd edib ki, hər bir mətbuat orqanı öz mövqeyini çəkinmədən bildirməlidir. O, jurnalın işinin bundan sonra daha da güclənəcəyinə, Azərbaycan təhsil tarixinin araşdırılmayan məqamlarını işıqlandırılacağına ümid etdiyini bildirib. Sonda M.Mərdanov jurnalın iki əməkdaşını “Qabaqcıl təhsil işçisi” döş nişanı, səkkiz nəfərini isə Fəxri Fərmanla təltif edib.
URL / WWW
http://kelam.az/article/a-540.html