Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Bakıda müstəqilliyin 20 illiyi ilə bağlı beynəlxalq konfrans keçirilir
07.12.11 19:47

“20 il milli dövlətin yaranması və inkişafı üçün çox az bir müddətdir”. “KƏLAMİNFO” xəbər verir ki, bunları Bakıda keçirilən “Müstəqilliyin 20 illiyi: mütərəqqi, ədalətli və dinamik dövlət quruculuğuna gedən yolda əldə olunmuş nailiyyətlər və qarşıya çıxan çətinliklər” adlı beynəlxalq konfransda çıxışı zamanı Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bildirib. O qeyd edib ki, bu 20 il ərzində Azərbaycanda köklü islahatlar aparılıb, köklü dəyişikliklər edilib və iqtisadi əməkdaşlıq sferasında ciddi addımlar atılıb. R.Mehdiyev prezident İlham Əliyevin imzaladığı “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası haqqında danışaraq sənədin ölkənin indiyə qədərki inkişaf strategiyasının yeni mərhələsi olduğunu bildirib. “Bu, 20 illik inkişafın davamıdır” - deyə o vurğulayıb. PA rəhbəri deyib ki, Azərbaycan öz müstəqilliyini saxlamaq, gələcəyinə sahib çıxmaq üçün daim mübarizə aparıb. “Azərbaycanın iqtisadi qüdrəti bu 20 ildə dəfələrlə artıb. Bu gün iqtisadiyyatımız Cənubi Qafqaz iqtisadiyyatının 80 faizdən çoxunu təşkil edir” - deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-5399.html