Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Kanadada ilk Azərbaycan mədəniyyət mərkəzi açılıb
06.12.11 19:08

Ötən gün Kanadanın Vankuver şəhərində Kanadada ilk dəfə olaraq Azərbaycan mədəniyyət və icma mərkəzinin təntənəli açılış mərasimi keçirilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Kanadadakı səfirliyimizdən veriblər. Azərbaycan mədəniyyət və icma mərkəzində Azərbaycan dilinin, musiqisinin və milli rəqslərinin tədrisi kurslarının təşkili planlaşdırılır. Qeyd olunan mərkəzin açılışında Vankuverdə yaşayan Azərbaycan icmasının fəal üzvü olan Məhəmməd Purazadın xüsusi rolu olub. Mərkəzin açılış mərasimində iştirak edən Azərbaycanın Kanadadakı səfiri Fərid Şəfiyev Azərbaycan mədəniyyətinin Kanadada təbliğinin və Azərbaycan icmasının bu ölkədə mütəşəkkil fəaliyyət göstərməsinin vacibliyini qeyd edib. Tədbir Azərbaycan musiqi konserti ilə bitib.
URL / WWW
http://kelam.az/article/a-5398.html