Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “Aşura günü” ilə əlaqədar könüllü qanvermə aksiyaları keçirilir
07.12.11 02:08

Hər il olduğu kimi bu il də Məhərrəmlik ayının onuncu günü “Aşura günü”ndə Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları keçirilir. Nazirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, bu saata kimi 1150 nəfər qan verib ki, bunun da 750 nəfəri Bakının, 400-ü isə bölgələrin payına düşür. Xatırladaq ki, aksiyalar Bakı şəhərində Səhiyyə Nazirliyinin Mərkəzi Qan Bankında, «Təzə pir», “Bibi-Heybət”, «Mir-Mövsüm ağa», «Qaraçuxur», “İçərişəhər Cümə», “Hacı Soltanəli”, Keşlə qəsəbə məscidlərində, həmçinin Sumqayıt şəhər cümə məscidində, Gəncə şəhər İmamzadə məscidində, Lənkəran şəhər Böyükbazar məscidində, Mingəçevir şəhər Heydər məscidində, Şəki şəhər məscidində və Bərdə şəhər cümə məscidində təşkil olunub və günün sonuna kimi davam edəcək. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.
URL / WWW
http://kelam.az/article/a-5394.html