Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan gənclər haqqında jurnal dərc edilib
06.12.11 19:08

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının “Abituriyent” jurnalının 11-ci sayı nəşr edilib. “KƏLAMİNFO” xəbər verir ki, jurnalda bu il qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan gənclər haqqında məlumatlar dərc edilib. Bununla bağlı keçirilən tədbirdə TQDK sədri Məleykə Abbaszadə deyib ki, nəşrin əsas məqsədi istedadlı gənclərin ictimaiyyətə tanıdılması, onların təcrübələrinin öyrənilməsi, təbliğindən ibarətdir. Həmçinin məqsəd yeniyetmələrin təhsilə daha da həvəsləndirilməsidir. M.Abbaszadə bildirib ki, jurnalda gənclərin topladığı bal, qəbul olduğu ixtisas, bitirdiyi orta məktəb haqqında məlumatlar, bilik yarışı rekordçuları ilə müsahibələr, onların gələcək abituriyentlərə məsləhət və tövsiyələri, imtahanın gedişi barədə rəyləri və təklifləri yer alıb. Xatırladaq ki, 2011-2012-ci tədris ilində respublikanın ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 103185 abituriyent iştirak edib. Onlardan 1476 nəfəri 600-dən yuxarı bal toplayıb. Qəbul imtahanlarında 4 nəfər maksimum nəticə - 700 bal toplayıb. Onların hamısı birinci ixtisas qrupunun abituriyentləridir.
URL / WWW
http://kelam.az/article/a-5393.html