Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK qəbul imtahanlarında fərqlənən nəzarətçi-müəllimləri mükafatlandırıb
06.12.11 19:08

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında 2011-ci ildə ali və orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarında öz vəzifələrini yüksək səviyyədə həyata keçirən nəzarətçi-müəllimlərin mükafatlandırılması ilə bağlı tədbir keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, tədbirdə çıxış edən TQDK sədri Məleykə Abbaszadə bildirib ki, bu il ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 5042 nəfər nəzarətçi kimi cəlb edilib. Qəbul imtahanları başa çatandan sonra bu prosesdə iştirak edən nəzarətçilərin fəaliyyəti ciddi araşdırılıb. Bu zaman çoxsaylı meyarlar nəzərə alınıb, zalı idarəetmə səviyyələri, imtahan texnologiyaları qaydalarına əməl olunması, 600-dən yuxarı bal toplayan abituriyentlərin sorğu anketlərində imtahan verdikləri zalın nəzarətçisi haqqında qeydlər, rəy və qiymətləndirilmələr və s. vacib amillər əsas götürülüb. M.Abbaszadə deyib ki, nümunəvi fəaliyyətinə görə 636 nəzarətçiyə təşəkkür elan edilib, o cümlədən 28 müəllim fəxri fərmanlarla təltif edilib. Onun sözlərinə görə, həmin müəllimlərin pedaqoji fəaliyyətlərinin qiymətləndirilməsində bu amilin keyfiyyət göstəricisi kimi nəzərə alınması xahişi ilə Təhsil Nazirliyi, müvafiq rayon təhsil şöbələri və orta məktəblərə məktublar ünvanlanıb. M.Abbaszadə onu da deyib ki, hazırda TQDK-nin bazasında 7 mindən çox müəllimin adı var. Bunların 90 faizi qadındır. Bu vaxta qədər ümumilikdə 170 nəfər fəxri fərmanla təltif edilib. Sonra işində fərqlənən 28 müəllimə, həmçinin nəzarətçilərlə iş üzrə əlaqələndirici olan 3 nəfərə fəxri fərman və hədiyyələr təqdim olunub. Ömrünün 18 ilini TQDK-ya həsr edən, hazırda təqaüddə olan, ancaq bu qurumla hələ də əməkdaşlıq edən 3 nəfərə isə “Əmək veteranı” fəxri adı təqdim edilib.
URL / WWW
http://kelam.az/article/a-5392.html