Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Məleykə Abbaszadə: Orta məktəblərdə keçirilən mərkəzləşmiş imtahanlar ümidlərimizi puç edib
07.12.11 02:08

“Çox təəssüflər ki, orta məktəblərdə keçirilən mərkəzləşmiş imtahanlarla əlaqədar ümidlərimiz puç olub”. “KƏLAMİNFO” xəbər verir ki, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib. TQDK sədri bildirib ki, attestat qiymətlərinə uyğun olaraq qəbul qaydalarını dəyişmək hələlik mümkün deyil: “Biz bunu çox istəyərdik. Çox təəssüf ki, mərkəzləşmiş imtahanlarla əlaqədar ümidlər özünü doğrultmayıb”. M.Abbaszadə qeyd edib ki, bu il keçirilən qəbul imtahanlarında məzunların imtahan göstəriciləri ilə attestat ballarının bir-birinə uyğunluğunu əks etdirən “Abituriyent” jurnalının 12-ci buraxılışı yaxın vaxtlarda hazır olacaq. Onun sözlərinə görə, bu il keçirilən qəbul imtahanlarının bütün statistik göstəriciləri orada əks olunacaq. TQDK bununla əlaqədar xüsusi konfrans keçirməyi də nəzərdə tutur.
URL / WWW
http://kelam.az/article/a-5391.html