Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşü olub
06.12.11 19:08

Vilnüsdə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüş keçirilib. “KƏLAMİNFO” “News.am” saytına istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan açıqlama verib. Görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib. Tərəflər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsini müzakirə ediblər. ATƏT Xarici İşlər Nazirləri Şurasının bu gün başlayacaq iclasında Dağlıq Qarabağ münaqişəsinə dair birgə bəyanatın qəbulunun mümkünlüyü də müzakirə olunub.
URL / WWW
http://kelam.az/article/a-5389.html