Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident Vladimir Putinə zəng edib
07.12.11 02:07

Prezident İlham Əliyev dekabrın 6-da Rusiya baş naziri Vladimir Putinə zəng edib. “KƏLAMİNFO” xəbər verir ki, dövlət başçısı Rusiya Federal Məclisinin Dövlət Dumasına keçirilən seçkilərdə Vladimir Putini başçılıq etdiyi “Yedinaya Rossiya” Partiyasının əldə etdiyi qələbə münasibətilə təbrik edib. Rusiya baş naziri Vladimir Putin göstərilən diqqətə və təbrikə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib. Prezident İlham Əliyev və baş nazir Vladimir Putin Yeni Azərbaycan Partiyası ilə “Yedinaya Rossiya” Partiyası arasında əməkdaşlığın yaxşı səviyyədə olduğunu məmnunluqla qeyd ediblər. Telefon söhbəti zamanı prezident İlham Əliyev və Rusiya baş naziri Vladimir Putin ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb və bu əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə əminliklərini bildiriblər.
URL / WWW
http://kelam.az/article/a-5387.html