Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident Medvedevi və Putini təbrik edib
06.12.11 03:21

Prezident İlham Əliyev Rusiya Federasiyasının prezidenti Dmitri Medvedevə təbrik məktubu göndərib. “KƏLAMİNFO” xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli Dmitri Anatolyeviç, Rusiya Federasiyasının Federal Məclisinin Dövlət Dumasına seçkilərdə siyahısına Sizin başçılıq etdiyiniz “Yedinaya Rossiya” Partiyasının qələbəsi münasibətilə səmimi təbriklərimi qəbul edin. Seçkilərdə qələbə Sizin həyata keçirdiyiniz, ölkədə dövlətçiliyin və hüquqi qaydanın möhkəmlənməsinə, cəmiyyətin həyatının bütün sahələrinin modernləşməsinə, dünya birliyində Rusiyanın mövqeləri və nüfuzunun möhkəmlənməsinə yönəlmiş fəaliyyət xəttinin dost Rusiya xalqı tərəfindən dəstəklənməsini bir daha nümayiş etdirdi. Əminəm ki, Azərbaycan ilə Rusiya arasında ənənəvi dostluq, mehriban qonşuluq münasibətləri, çoxtərəfli əməkdaşlığımız və strateji tərəfdaşlığımız xalqlarımızın mənafeyi, regionda sülh, təhlükəsizlik və tərəqqi naminə bundan sonra da möhkəmlənəcək və inkişaf edəcəkdir. Hörmətli Dmitri Anatolyeviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, dost Rusiya xalqına tərəqqi və firavanlıq diləyirəm.” Prezident İlham Əliyev Vladimir Putini də təbrik edib. “Rusiya Federasiyasının Federal Məclisinin Dövlət Dumasına seçkilərdə “Yedinaya Rossiya” Partiyasının qələbəsi münasibətilə Sizi ürəkdən təbrik edirəm. Sizin başçılıq etdiyiniz partiyanın seçkilərdə qələbəsi rusiyalıların Sizə yüksək etimadının, Sizin yürütdüyünüz, dinamik sosial-iqtisadi inkişafa, bütün sahələrdə demokratik dəyişikliklərin həyata keçirilməsinə, ölkədə qanunçuluğun və hüquqi qaydanın möhkəmlənməsinə yönəlmiş fəaliyyət xəttinə onların sadiqliyinin təsdiqidir. Əminəm ki, Azərbaycan ilə Rusiya arasında çoxəsrlik dostluq və mehriban qonşuluq münasibətləri, hərtərəfli əməkdaşlıq xalqlarımızın və ölkələrimizin rifahı naminə bundan sonra da möhkəmlənəcək və genişlənəcək. Hörmətli Vladimir Vladimiroviç, Sizə, “Yedinaya Rossiya” Partiyasının bütün üzvlərinə xoşbəxtlik, uğurlar və firavanlıq diləyirəm.”
URL / WWW
http://kelam.az/article/a-5386.html