Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Müəllimlərin və həkimlərin əmək haqları artırılacaq
05.12.11 20:21

“Ölkə başçısının fərmanı ilə minimum əməkhaqqının 10 faiz artırılması bir başlanğıcdır, gələn ildən etibarən müəllimlərin və həkimlərin əmək haqqı artırılacaq”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib. O qeyd edib ki, bir müddət əvvəl Azərbaycanda minimum əmək haqqı 25 manat idisə, hazırda 125 ABŞ dolları təşkil edir. “Bunu inflyasiya tempinə uyğunlaşdırsaq, Azərbaycanda dinamik inkişafın getdiyini görərik” - deyə komitə sədri vurğulayıb. H.Rəcəbli deyib ki, minimum əmək haqqının artırılması 600 min nəfəri əhatə edəcək və bu, 500 milyon manata yaxın əlavə maliyyə vəsaiti deməkdir. “Azərbaycan prezidentinin maliyyə qurumlarına verdiyi göstəriş ilin sonuna və ya gələn ilin əvvəlinə qədər böyük bir qrup insanın əmək haqqının artırılmasına yönəlib” – deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-5385.html